Zaqatalada minik avtomobilləri daşıyan maşın aşıb
Zaqatalada Gürcüstan Respublikasına məxsus maşın aşıb.
Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd-magistral yolunun Zaqatala rayonunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi, xaricdə istehsal edilən minik avtomobillərini daşıyan maşın hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə dəyib. Qəzadan sonra yük maşını yolun kənarındakı çökəkliyə aşıb. Maşında olan minik avtomobillərinə ciddi ziyan dəyib. Elektrik dirəyinin aşması nəticəsində magistral yolun işıqlandırılmasında fasilə yaranıb.
Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi