Zaqataladakı yanğın nəzarət altına alınıb

# 17:44
3 sentyabr 2022

Zaqatala rayonu Yuxarı Tala kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş verən yanğın tam lokallaşdırılıb.

 

APA- TV-nin məlumatına görə, hazırda ərazidə tam söndürülmə, soyutma və kəşfiyyat işləri aparılır.

 

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Zaqatala, Balakən rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin müvafiq texnikaları və 100 nəfər şəxsi heyəti, FHN-nin aviasiya dəstəsinin iki helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, DİN-nin Zaqatala rayon polis Şöbəsinin əməkdaşları, Zaqatala rayon İcra Hakimiyyəti başçısının müvafiq kəndlər üzrə yerli icra nümayəndəlikləri, rayon Yuxarı Tala və bir çox kəndlərdən könüllü dəstəsi cəlb olunub. 

 

Mürəkkəb relyefli ərazidə baş verən yanğının söndürülməsində kənd əhalisi böyük fədakarlıq göstərir.

 

Yanğın çətin relyefli yüksək dağlıq meşəlik ərazidə baş verdiyindən yanğının söndürülməsi əl əməyinin və helikopterlərin vasitəsi ilə həyata keçirilib.

 

 

Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV, Zaqatala

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR