Zaqataladakı yanğının söndürülməsinə helikopterlər cəlb edildi

# 17:06
30 avqust 2022

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Yuraxı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.

 

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi ilə yanaşı Ekologiya və  Təbi Sərvətlər Nazirlinin  əməkdaşları cəlb edilib.

 

Ərazidə kol-kos, quru ot, xəzəl, qurumuş ağac və kötükləri yanır. Hazırda yanğının genişlənməsinin qarşısının alınması istiqamətində iş aparılır. İlkin məlumata görə, yanğının genişlənməsinin qarşısı alınıb, söndürülmə prosesi gedir.

 

 

Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR