Zaqatalalı gəncdən nümunəvi addım - PANDEMİYA DÖVRÜNDƏ ÖZÜNƏ BİZNES QURDU

# 22:25
16 avqust 2021

COVID-19 pandemiyası Zaqatalada 22 yaşlı gəncə incəsənətin qədim və nadir istifadə olunan növünü öyrədib.

APA TV-nin məlumatına görə, Sərvin Yahyayev COVID-19 pandemiyası ilə bağlı verilən qadağalar müddətində sosial şəbəkələrdə incəsənətin qədim növlərindən olan filoqrafiya ilə tanış olub. 22 yaşlı gənc bu sənətin sirlərini öyrənməyi qarşısına məqsəd qoyur və tezliklə sənətin incəliklərinə yiyələnir.

Müsahibimiz deyir ki, Mərkəzi Asiyada meydana gələn filoqrafiya sənətini ərsəyə gətirmək üçün mismar, sap, taxta və çəkic lazımdır. Lakin mismar və iplər vasitəsilə sənət nümunələri yaratmaq ilk baxışdan asan görünsə də, bu iş yaradıcılıq, qabiliyyət və səbir tələb edir. Bir əsəri tamamlamaq isə ona 10-15 gün vaxt lazımdır.

Orta təhsilli olan Sərvin elə uşaqlıqdan sənətkarlıq və əl işlərinə meylli olub. Bu sahədə özünü sınamaq qərarına gələn Sərvin bir-iki tablo düzəldərək əvvəlcə dostlarına, qohumlarına hədiyyə edib. Hər kəs tərəfindən çox bəyənildiyini görən gənc bu sənət növünə daha da dərindən yiyələnib biznesə çevirmək qərarına gəlib.

Qısa vaxtda sənətin incəliklərinə yiyələnən Sərvin artıq sifarişlər qəbul edir. Gənc sənətkarın sözlərinə görə, filoqrafiya ilk baxışdan sadə görünsə də bu heçdə elə deyil. Mismarların vurulma yerləri və dərinlikləri düzgün seçilməlidir ki istədiyin formanı ala biləsən.

Əl əməyi göz nuru birdə çox səbr tələb edən bu əl işlərinin qiymətinə gəldikdə isə, ölçüsündən asılı olaraq 20 manatdan 300 manata qədər ola bilir.

Sərvinin əsas məqsədi yaxın vaxtlarda əl işlərini düzəltmək üçün geniş emalatxana açmaq daha sonra isə əsərlərinin sərgisini təşkil etməkdir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR