“Zebra”ları tapmaq üçün Afrikaya getməyə ehtiyac yoxdur

# 17:34
28 iyun 2024

Bəli, analoji vəziyyət paytaxtın bütün istiqamətlərində, ətraf kənd və qəsəbələrində müşahidə edilir. Necə deyərlər piyada zolaqlarını yağış yuyub, gün qurudub sanki. Hətta paytaxtın mərkəzi hissəsi hesab edilən bəzi avtomobil yollarında yol örtüyündəki piyada zolaqları ümumiyyətlə görünmür. Bu da təbii ki, yollarda bədbəxt hadisələrin baş verməsinə səbəb olur.Xüsusən günün axşam saatlarında sürücülər həmin silinmiş və ya silinmək üzrə olan piyada zolaqlarını görmür. Bəs, görəsən, yollardakı bu cür piyada zolaqları niyə vaxtında rənglənmir?. Prosesə nəzarət edən cavabdeh qurum, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmisi Tural Orucov (AYNA) sualımıza cavab olaraq bildirdi ki, rəngləmə prosesi mərhələli şəkildə reallaşır. Bəli, haqlı tövsiyyədir. Vaxtaşırı ərazilərə baxış keçirilsə yoxa çıxmış nişanların tələblərinə riayət edərdik. Çünki yollarda rəngi solan və ya silinən piyada zolaqları potensial qəza mənbəyidir. Elə nəqliyyat eksperti Eldəniz Cəfərli də belə deyir. Hətta əlavə də edir ki, bu zolaqlar hər il xüsusi parlaqlığa malik ağ rəngli boyalarla rənglənməlidir. Beynəlxalq tədbirlərin keçirildiyi, daim dünyanın diqqət mərkəzində olan paytaxtımızda belə problemlərin üstündən ötmək yolverilməzdir. Yol xətlərinin üstü vaxtında rənglənsə, yol verilərdi. AYTƏN SAKİTQIZI VÜSAL BAYRAMOV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR