Zəfər Gününə həsr olunan videoproyeksiya nümayiş etdirilib
8 Noyabr - Zəfər Gününün ildönümü münasibətilə Bakıda Muzey Mərkəzinin binası üzərində videoproyeksiya nümayiş etdirilib.
APA TV-nin məlumatına görə, ölkənin memarlıq rəmzlərindən biri olan Muzey Mərkəzinin fasadında ümummilli lider Heydər Əliyevin ərazi bütövlüyümüz haqqındakı kəlamları, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsinin qəhrəmanları, Müzəffər Ordumuz, Azərbaycan xalqının birliyi və gücünü əks etdirən şüarları, “Dəmir yumruq”, “Xarıbülbül” kimi rəmzlərini özündə əks etdirən audiovizual görüntülər nümayiş olunub.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib