Zəlzələdən zərərçəkənlərə yardım kampaniyasına Şəmkir sakinləri də qoşuldu
Türkiyəyə qardaş yardımı kampaniyasına Şəmkir ictimaiyyəti də qoşulub.
Zəlzələdən zərərçəkənlər üçün yardımlar Olimpiya İdman Kompleksində yaradılan qəbul məntəqəsində həyata keçirilir. Rayonun xeyriyyəçiləri tərəfindən humanitar yardım olaraq ən çox ehtiyac duyulan vasitələr təhvil verilir.Yüklər təbii fəlakətdən zərər çəkən bölgələrə göndərilməsi üçün çeşidlənərək qablaşdırılır və göndərilməsi üçün yük maşınlarına yığılır.
Şəmkirlilər artıq ilk TIR-ı yola salıblar. Yardım yataq dəstləri və geyimlərdən, qızdırıcı cihazlardan ibarət olub. Bu gün isə növbəti TIR yola salınıb. İkinci yük maşınında isə quru ərzaqlar, gigiyenik vasitələr, çadır və generatorlar göndərilib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib