Zəngilanda möhtəşəm tikinti - quruculuq işləri aparılır – APA TV

# 07:46
1 oktyabr 2023

Zəngilan rayonunun Alıbəyli kəndində 2568 sakin üçün 498 ədəd fərdi yaşayış evi və 144 mənzildən ibarət 2-3 mərtəbəli binanın layihələndirilməsi nəzərdə tutulub. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarında prezidentin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Aqil Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, birinci mərhələdə 772 sakin üçün 197 fərdi yaşayış evinin layihələndirilməsi və tikilməsi nəzərdə tutulub. Bundan əlavə, ərazidə İnzibati Bina, Klub-icma mərkəzi, Qonaq evi, İdman sağlamlıq mərkəzi, çayxana, Ticarət obyekti, Ailə Sağlamlıq Mərkəzi, Mərasim Zalı, Bazar Kompleksi və digər qeyri-yaşayış obyektlərinin layihələndirilməsi planlaşdırılır. Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislərin cəlb olunması ilə 6 ay ərzində inşa olunub. Zəngilan Konqres Mərkəzi kompleksi iki hissədən ibarətdir. “A” korpusu iri həcmlihəcmli ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə imkan verir və 600 yerdən ibarətdir. "B” korpusu çoxfunksiyalı tədbir zalından ibarətdir və həcmcə nisbətən kiçik olan müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişlidir. Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislərin cəlb olunması ilə 6 ay ərzində inşa olunub. Konqres mərkəzinin layihələndirilmiş ərazisi 2.2 hektardır. Mərkəzin “A” korpusu zirzəmidən və əlavə olaraq bir neçə mərtəbəli görüş otaqlarından ibarətdir. Konqres Mərkəzində ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartalara uyğun şərait yaradılmışdır. Zəngilan Konqres Mərkəzi Kompleksinin “B” korpusu zirzəmi və 1 mərtəbədən ibarətdir. Bu korpusda müxtəlif kiçik həcmlihəcmli çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün bir zal, mətbəx və VİP otaqlar mövcuddur. Kompleks ərazisində müvafiq yaşıllıq zonaları, maşınların parklanması üçün yerüstü parklanma ərazisi mövcuddur. Mərkəzin dam hissəsində günəş panelləri yerləşdirilib. Gələcəkdə bu mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsi mümkündür. İşğaldan azad olunan ərazilərdə yeni “yaşıl enerji” potensialının yaradılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2022-ci ildə “AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan su elektrik stansiyaları (SES) silsiləsinin tikintisinə başlanılıb.bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev deyib. O bildirib ki, artıq “Sarıqışlaq”, “Şayıflı” və “Zəngilan” SES-lərdə işlər yekunlaşmaqdadır, “Cahangirbəyli” SES-də isə işlər tamamlanıb. “Cahangirbəyli” SES üçün tikilən maşın zalında 5,25 meqavat gücündə Avropa istehsalı olan yaşıl sertifikatlı frensis tipli iki ekoturbin, generatorlar, məsafədən idarəedilən rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyada il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal ediləcək: Zəngilanda salınan ikinci yaşayış kompleksində 410 mənzil 87 “taunhaus” tipli mənzil inşa ediləcək. Zəngilan şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Şəhərdə daha əvvəl təməli qoyulan 110 mənzildən ibarət ilk yaşayış kompleksinin layihələri hazırdır və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq. “Böyük Qayıdış” proqramına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR