Zenit-raket kompleksləri işə düşdü
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları icra edilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin zenit-raket komplekslərini idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Atış çalışmalarında “OSA” və S-125 zenit raket komplekslərinin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib.
Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkar olunaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra ediblər.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib