Zirə qəsəbəsini susuz qoyanlar tutuldu
Bakıda elektrik naqili oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib.
Qəsəbə ərazisində su təsərrüfatının elektrik tənzimləyicisinə gedən elektrik naqilinin 396 metrinin qeyri-aşkar şəraitdə oğurlanması barədə 1-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Şirinov, Şəki rayon sakini Sərvan Süleymanov və Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Babək Əliabbasov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib