Göyçayda buğda və arpanın qiyməti artıb

Göyçayda buğda və arpanın qiyməti artıb
# 30 iyul 2008 12:30 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov – APA. Göyçay rayonunda buğda və arpanın qiyməti ötən illə müqayisədə artıb. APA-nın Şirvan bürosunun məlumatına görə, rayonun bazar və ticarət mərkəzlərində buğdanın 1 kiloqramı 50-55 qəpik, arpanın 1 kiloqramı isə 30-35 qəpiyə satılır. Taxıl alqı-satqısı ilə məşğul olanlar bildirirlər ki, torpaq mülkiyyətçiləri əkin-biçin zamanı çox vəsait xərclədikləri üçün istehsal etdikləri məhsulu da onlara baha satırlar. Payız-qış aylarında buğdanın kiloqramının 60 qəpiyə çatacağını bildirirlər. Maraqlıdır ki, taxıl biçinindən əvvəl rayonda 1 kq buğda 28, arpa isə 20 qəpiyə satılıb.
RİH başçısının müavini Emin Əhmədov APA-nın yerli bürosuna açıqlamasında bazarlarda arpa və buğdanın satış qiymətindən xəbərsiz olduqlarını deyib. O, sabahdan etibarən reydlərə başlayacaqlarını söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR