Bank Of Baku

Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp

© APA | İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp

# 27 iyul 2026 15:13 (UTC +04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona yola düşüb.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

Uçuşların izlənməsi xidmətlərinin məlumatına görə, Netanyahu Beer-Şeva yaxınlığındakı Nevatim hərbi hava bazasından havaya qalxıb.

Onun sabah Prezident Trampla görüşü, həmçinin vəfat etmiş ABŞ senatoru Lindsi Qrehemin vida mərasimində iştirakı nəzərdə tutulur.

Netanyahunun təyyarəsi iki saat gecikmə ilə havaya qalxıb. Baş nazirin ofisi gecikmənin səbəbini açıqlamayıb və onun uçuşa başladığını rəsmi şəkildə təsdiqləməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR