Nazirlər Kabineti kənd təsərrüfatı sahəsinə aid bir neçə sənədi təsdiqləyib

Nazirlər Kabineti kənd təsərrüfatı sahəsinə aid bir neçə sənədi təsdiqləyib
# 04 avqust 2008 21:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Damazlıq heyvanların dövlət reyestrinin və dövlət damazlıq kitabının tərtib edilməsi və aparılması Qaydaları», «Cins heyvanlar üçün hazırlanan pasportun (şəhadətnamənin) forması, tərtib edilməsi Qaydası və ona daxil edilən məlumatlar» və «Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması, sertifikatların növləri və verilməsi Qaydaları»nı təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.
«Damazlıq heyvanların dövlət reyestrinin və dövlət damazlıq kitabının tərtib edilməsi və aparılması Qaydaları»nda damazlıq heyvanların dövlət reyestrini, yerli cinslər və zooloji qrupların rayonlaşdırılması, dövlət damazlıq kitabının tərtib edilməsi və aparılması və s.-i özündə əks etdirir.
«Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması, sertifikatların növləri və verilməsi Qadaları»nda isə damazlıq ehtiyatlarının sertifikatlaşdırılması məqsədləri, sertifikatlaşdırılmada iştirak edənlərin vəzifələri, sınaq laboratoriyaları, sertifikatların verilməsi və tətbiqi göstərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR