Azərbaycanda ət, süd və yumurta istehsalı artıb

Azərbaycanda ət, süd və yumurta istehsalı artıb
# 18 iyun 2024 14:10 (UTC +04:00)

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 230,8 min ton ət, 915,1 min ton süd, 983,5 milyon ədəd yumurta, 11,4 min ton yun istehsal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7%, süd stehsalı 0,6%, yumurta istehsalı 7,1% artıb, yun istehsalı isə 2,6% azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3352,4 milyon manat təşkil edib ki, onun da 2569,4 milyon manatı heyvandarlıq, 783 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR