Bank Of Baku

Əli Əsədov Gürcüstana gedir, hökumətlərarası komissiyanın iclası keçiriləcək

Azərbaycanın Baş naziri Əli Əsədov

© APA | Azərbaycanın Baş naziri Əli Əsədov

# 29 oktyabr 2026 11:25 (UTC +04:00)

Azərbaycanın Baş naziri Əli Əsədov 29-30 oktyabr tarixində Gürcüstana işgüzar səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyasından bildirilib.

Məlumata əsasən, səfər çərçivəsində Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçiriləcək.

Əli Əsədovun gürcü həmkarı İrakli Kobaxidze ilə təkbətək görüşü də planlaşdırılıb.

Azərbaycanın hökumət başçısını səfərdə iqtisadiyyat, energetika, rəqəmsal inkişaf və nəqliyyat, həmçinin, elm və təhsil nazirlərindən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Qeyd edək ki, hər iki ölkənin hökumət başçılarının həmsədrləri olduğu komissiyanın 10-cu iclası ötən ilin yanvarında Bakıda baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR