Ötən günlərdə Azərbaycanda baş verən təbii fəlakət hadisələri nəticəsində əhali üçün ciddi problemlər yaşanıb.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, bu hadisələr zamanı bir çox dövlət qurumlarının üzərinə böyük yük düşür: “Aparılmış tədbirlərə baxmayaraq, bəzi kəndlərin rayon mərkəzləri ilə əlaqəsi tam kəsilib. Bu tip hadisələr zamanı sığorta məsələsi ön plana çıxır. İstehsal xərclərini belə qarşılaya bilməyən kəndlilər öz təsərrüfatını bağlayır. Banklar fermerlərin öz təsərrüfatını sığortalamasına ehtiyatla yanaşır. Nazirlər Kabineti xüsusi qərar çıxarmalı, tədbirlər planı hazırlamalı, ziyan çəkmiş kəndlilərə maddi yardım edilməlidir”.