Bank Of Baku

Azərbaycanda son sutkada 1 117 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib

Azərbaycanda son sutkada 1 117 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib
# 11 dekabr 2021 18:33 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 117 yeni yoluxma faktı qeydə alınıb 1 581 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 603 254 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 574 615 nəfər müalicə olunaraq sağalıb, 8 070 nəfər vəfat edib, aktiv xəstə sayı 20 569 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 081, ötən müddət ərzində isə ümumilikdə 5 666 466 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR