Bank Of Baku

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlıq memorandumu imzalanıb
# 30 sentyabr 2026 16:36 (UTC +04:00)

Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – ADEX 2026 çərçivəsində Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, sənəd müdafiə sənayəsi üzrə ali təhsil, elmi araşdırmalar, texnologiya və insan resurslarının hazırlanması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.

Memorandum Azərbaycan Müdafiə Sənayesi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Türkiyə Müdafiə Sənayesi Başqanlığı və Ali Təhsil Şurası (YÖK) arasında imzalanıb.

Bundan əlavə, Müdafiə Sənayesi Akademiyası ilə Azərbaycan Müdafiə Sənayesi Araşdırma və İnnovasiya Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR