Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısında dəqiqləşdirmələr aparılıb

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısında dəqiqləşdirmələr aparılıb
# 31 may 2018 12:37 (UTC +04:00)

“Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nda bəzi icazələr dəqiqləşdirilib.

APA-Economics” xəbər verir ki, bu dəqiqləşdirmələr “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 27-ci maddəsində nəzərdə tutulan ət və ət məhsullarının üzərində nişan qoyulması (baytarlıq damğası və ştampı) sözləri idxal və istehsal olunan baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsi, ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınması və satışı məqsədilə onların baytarlıq normalarına cavab verməsini təsdiq edən sənəd (baytarlıq şəhadətnaməsi, ekspertiza akti və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzrəinə qoyulan nişan) sözləri ilə əvəz olunub.

Bundan başqa, 47-ci maddədə qeyd olunan yeyinti məhsullarının gigiyenik sertifikatı sözləri qida təhlükəsizliyi sertifikatı sözləri ilə, 71-ci maddədə öz əksini tapan Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün verilən keyfiyyət sertifikatı sözləri isə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarış sözləri ilə əvəz olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR