Gəncədə iki avtomobil toqquşub

Gəncədə iki avtomobil toqquşub
# 26 dekabr 2016 11:21 (UTC +04:00)

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin qərb çıxışında qeydə alınıb.

Ramin Atayevin idarə etdiyi "Mitsubishi Pajero" və Rövşən Paşayevin idarə etdiyi "Volkswagen Touareg" markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR