Bakıda işıqforun iş rejimində dəyişiklik edilib

Bakıda işıqforun iş rejimində dəyişiklik edilib
# 25 fevral 2019 17:11 (UTC +04:00)

Paytaxtın H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsində işıqforun iş rejimində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) ONA-ya verilən məlumata görə, artıq kəsişmədə H.Cavid prospektindən sağa gedən nəqliyyat vasitələri düzünə istiqamətlənən nəqliyyat vasitələri ilə eyni vaxtda hərəkət edə biləcəklər.

Dəyişiklik vətəndaşların Bakı Nəqliyyat Agentliyinə ünvanladığı çoxsaylı müraciətləri nəzərə alınaraq edilib və yol hərəkətinin təşkilinin səmərəliliyinin artırılması məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR