Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 11-i ilə müqayisədə 0,5% möhkəmlənərək 1,6954 manata çatıb.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,5% zəifləyərək 1,8307 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,38% ucuzlaşaraq 0,0259 manata enib.
Türkiyə lirəsinin məzənnəsi isə 0,3% möhkəmlənərək 0,5203 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1301 manatdır. Beləliklə, funt sterlinq 0,53%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 1% bahalaşaraq 0,6864 manat olub.