Rauf Əliyev “Qəbələ” klubu ilə müqavilə bağlayıb

Rauf Əliyev “Qəbələ” klubu ilə müqavilə bağlayıb
# 28 mart 2018 13:36 (UTC +04:00)

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” Rauf Əliyevlə anlaşıblar.

29 yaşlı forvard yeni komandası ilə artıq müqavilə imzalayıb. Anlaşmaya əsasən, milli komandamızın 29 yaşlı hücumçusu 2019-cu ilin yayına qədər “Qəbələ”yə məxsus olacaq.

Son klubu Albaniya təmsilçisi “Kukesi” olan Rauf Əliyev 2017-ci ilin ikinci yarısında bu ölkədə legioner həyatı yaşayıb. O, karyerası ərzində “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), “Xəzər Lənkəran” (2014-2015), “Neftçi” (2015), “İnter” (2015-2017) klublarının da formasını geyinib.

Rauf 2010-cu ildə debüt etdiyi Azərbaycan yığmasında keçirdiyi 45 oyunda 7 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR