Biləsuvarda minik və yük avtomobili toqquşub, bir nəfər xəsarət alıb

Biləsuvarda minik və yük avtomobili toqquşub, bir nəfər xəsarət alıb
# 06 noyabr 2016 06:14 (UTC +04:00)

Biləsuvarda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 9 saylı qəsəbədə qeydə alınıb.

Cəbrayıldan olan 10 saylı qəsəbənin sakini Fariz Rzaqulu oğlu Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili “Qazel” markalı yük avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. “VAZ-2106”-nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR