Sabah hava dumanlı, küləkli olacaq

Sabah hava dumanlı, küləkli olacaq
# 08 yanvar 2017 09:13 (UTC +04:00)

Yanvarın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bəzi yerlərdə duman, səhər çiskin olacaq.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR