Bu il əsas kapitala yönəldilmiş vəsaitin 71%-i tikinti-quraşdırma işlərinə sərf edilib

Bu il əsas kapitala yönəldilmiş vəsaitin 71%-i tikinti-quraşdırma işlərinə sərf edilib
# 13 oktyabr 2016 13:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 10268,7 mln. manatlıq vəsaitin 71,2%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istifadə olunmuş vəsaitin 80,2%-i məhsul istehsalı obyektlərinin, 15,5%-i xidmət sahələri üzrə obyektlərin, 4,3%-i isə ümumi sahəsi 1205,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,1%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR