Elçin Quliyev: "DSX-nin şəxsi heyəti ölkəmizin ərazi bü­tövlüyünün bərpası üçün döyüş tapşırığını yeri­nə yetirməyə hazırdır"

Elçin Quliyev: "DSX-nin şəxsi heyəti ölkəmizin ərazi bü­tövlüyünün bərpası üçün döyüş tapşırığını yeri­nə yetirməyə hazırdır"
# 30 iyul 2018 07:48 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhə­rində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi ke­çirilib.

Mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general - polkovnik Elçin Quliyev Heydər Əliyevin dövlət sər­hədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaş­ması və inkişafındakı misilsiz xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində sərhəd mühafi­zəsinin ən müasir tələblər səviyyəsinə yüksəlməsini xüsusi qeyd edib.

Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bü­tövlüyünün bərpası üçün istənilən anda hər bir döyüş tapşırığını yeri­nə yetirməyə, işğal altında olan torpaqlarımızda Azərbaycanın suve­ren hüquqlarının bərpası uğrunda savaşa daim hazır olması xüsusi vurğulanıb, Vətən torpağının astanasında – dövlət sərhədində üç­rəngli dövlət bayrağımız altında xidmət aparmağın hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf olması bildirilib.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Andiçmə mərasimi başa çatdıqdan sonra Elçin Quliyev əsgərlərin valideynləri və digər ailə üzvləri ilə görüşüb.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının Horadiz və Lənkəran sərhəd dəstələrində də gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR