Miqrasiya orqanı əməkdaşları üçün yeni medal təsis edilir

Miqrasiya orqanı əməkdaşları üçün yeni medal təsis edilir
# 30 dekabr 2016 09:17 (UTC +04:00)

Azərbaycanda xidmətdə fərqlənən miqrasiya orqanı əməkdaşları üçün yeni medal təsis edilir.

APA-nın məlumatına görə, Milli Məclisin iclasında “Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavə və dəyişiklik müzakirə olunub.

Layihəyə əsasən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalı təsis edilir. Medalla miqrasiya orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən miqrasiya orqanlarının işçiləri, habelə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində, miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində fəal iştirak edən digər şəxslər təltif olunacaq.

Layihə səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR