Şəkidə 44 yaşlı kişi intihar edib

Şəkidə 44 yaşlı kişi intihar edib
# 13 may 2018 16:56 (UTC +04:00)

Şəkidə 44 yaşlı kişi intihar edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saatlarında rayonun Baş Göynük kəndində 1974-cü il təvəllüdlü Hümmətov Rasim Mürsəl oğlunun meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağında asılı vəziyyətdə aşkar edilib. Onun istintaqa məlum olmayan səbəbdən intihar etməsi müəyyənləşib.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma )maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR