“Access Bank” konsolidasiya məsələsinə münasibət bildirib

“Access Bank” konsolidasiya məsələsinə münasibət bildirib
# 06 noyabr 2017 15:48 (UTC +04:00)

Ötən həftə “Access Bank”ın səhmdarlarının mümkün dəyişikliyi ilə bağlı yayılan xəbərlər təsdiqlənməyib.

Bu barədə “APA-Economics”ə bankdan məlumat verilib.

Məlumatda “Access Bank”ın aktivlərinin həcminə və eyni zamanda bütün regionları əhatə edən geniş xidmət şəbəkəsinə görə ölkənin ən böyük banklarından biri olduğu vurğulanıb və qeyd olunub ki, məhz ötən həftə müştərilərə daha səmərəli xidmət göstərmək üçün Sabirabad və ona yaxın rayonların potensialını nəzərə alaraq bank yeni "Sabirabad" filialını açıb.

“Son aylar bank rekord sayda kredit ayırıb və hazırda ölkənin mikrokreditləşmə bazarında 50%-dən çox paya malikdir. Bankın depozit portfeli isə ötən ilin eyni dövrü ilə müqayisədə 40%-dək artım nümayiş etdirib ki, bu da bir daha əhalinin banka olan etibarını təsdiqləyir. Bundan başqa, sentyabrda “Access Bank”ın səhmdarları növbəti dəfə bankın nizamnamə kapitalını 20 milyon manat məbləğində artırıblar”, - deyə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR