Belçikada qatar relsdən çıxıb, ölən və xəsarət alanlar var

Belçikada qatar relsdən çıxıb, ölən və xəsarət alanlar var
# 19 fevral 2017 02:40 (UTC +04:00)

Belçikada qatarın relsdən çıxması səbəbindən 1 nəfər ölüb və 27 nəfər isə xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Fransa ilə həmsərhəd De-Panne şəhərinə gedən qatar ölkənin mərkəzindəki Lüven vağzalını tərk etdikdən az sonra relsdən çıxıb və aşıb.

Hadisə yerinə baş nazir Şarl Mişel gəlib. İnsidentlə əlaqədar qatarların hər iki istiqamətdə hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Qəzanın səbəblər araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR