Şimali İrlandiya – Azərbaycan oyununun hakimləri açıqlanıb

Şimali İrlandiya – Azərbaycan oyununun hakimləri açıqlanıb
# 08 noyabr 2016 07:14 (UTC +04:00)

2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də keçiriləcək Şimali İrlandiya – Azərbaycan oyununun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Belfastın “Vindzor Park” stadionunda baş tutacaq qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Klement Turpin olacaq. Ona həmyerliləri Nikolas Danos və Siril Qrinqor kömək edəcəklər. Görüşün dördüncü hakimi funksiyası Frank Şneyderə həvalə olunub.

Qeyd edək ki, noyabrın 11-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR