Füzuli rayonunda tank əleyhinə mina aşkarlanıb

Füzuli rayonunda tank əleyhinə mina aşkarlanıb
# 04 noyabr 2017 17:16 (UTC +04:00)

Noyabrın 4-də FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və DİN “102” Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Şükürbəyli kəndində bir ədəd minanın aşkarlanması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya bildiriblər ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu məlumata əsasən dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə bir əkin sahəsinə baxış keçirilib. Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tank əleyhinə mina (TM-62M) aşkar edilib. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkarlanmış minanın ətrafında 800 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR