Zərdabda iki avtomobil toqquşub

Zərdabda iki avtomobil toqquşub
# 29 iyun 2017 14:06 (UTC +04:00)

Zərdab rayonu ərazisində avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Bıçaqçı kəndində “VAZ-2106” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 1939-cu il təvəllüdlü İbrahimov Beydulla Beydu oğlu və 1965-ci il təvəllüdlü Salehov Qurban Ərəstun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR