Moskvada Rusiya baş nazirinin müavininin mənzili atəşə tutulub

Moskvada Rusiya baş nazirinin müavininin mənzili atəşə tutulub
# 23 oktyabr 2017 19:12 (UTC +04:00)

Moskvada Rusiya baş nazirinin müavini Dmitriy Roqozinin mənzili atəşə tutulub.

APA-nın məlumata görə, bu barədə REN TV xəbər verib.

İnsidentin oktyabrın 14-də baş verdiyi bildirilir. Məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində mənzilin pəncərə şüşələri sınıb. Hadisə nəticəsində zərərçəkən olmayıb. Telekanalın xəbərinə görə, oktyabrın 19-da faktla bağlı cinayət işi açılıb. Hələ ki, faktla bağlı rəsmi açıqlama verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR