Belarus səfiri bloqqer Lapşinin Azərbaycana ekstradisiyası məsələsinə münasibət bildirib

Belarus səfiri bloqqer Lapşinin Azərbaycana ekstradisiyası məsələsinə münasibət bildirib
# 28 dekabr 2016 10:54 (UTC +04:00)

Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bloqqer Aleksandr Lapşinin Azərbaycanın müraciəti əsasında ölkəsində saxlanması və ekstradisiyasına dair danışıqların getməsi ilə bağlı məsələyə münasibət bildirib.

APA-nın məlumatına görə, səfir müraciət qanuni cəhətdən əsaslı olduğu halda A. Lapşinin Azərbaycana təhvil verilməsinin istisna olmadığını deyib.

"Müraciət qanunidirsə, insan açıq-aşkar qanun pozuntusuna yol verib və onun günahı sübut olunubsa, o zaman Belarus tərəfi müraciət edənin istəyinə müsbət reaksiya verir", - deyə səfir bildirib.

G. Axramoviç diplomatik təcrübəsində bir neçə dəfə belə halla üzləşdiyini də söyləyib.

Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilir ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” qanunların tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Mətbuat xidmətinin məlumatında qeyd olunur ki, A. Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Lapşin saxlanılıb.

Hazırda A. Lapşinin Azərbaycana ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülür.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR