BANM-də 2 fevral - Gənclər günü qeyd olunub

BANM-də  2 fevral - Gənclər günü qeyd olunub
# 02 fevral 2017 14:37 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral - Gənclər günü münasibəti ilə tədbir keçirilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, tədbirdə BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Rektor Elmar Qasımov 1996-cı ilin bu günündə ilk dəfə olaraq Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycanda gənclərin I forumunun keçirildiyini xatırladıb. Azərbaycanda gənclərə dövlət səviyyəsində qayğı və diqqət göstərildiyini deyən rektor gənclərin ölkəmiz, cəmiyyətimiz üçün dəyərli sərvət olduğunu bildirib.

O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Ali Məktəbin əsas məqsədi də ölkəmizdə yüksək ixtisaslı, ingilis dilli, peşəkar və dünya səviyyəli gənc mühəndislər yetişdirməkdir.

Tədbirin bədii hissəsində Ali Məktəbin tələbələrinin ifasında şeirlər və musiqi parçaları səsləndirilib.

Sonda SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə təlim mərkəzində “Dənizdə işləyən neftçilər və gəmi heyəti üzvləri üçün sağ qalma metodikası, fərdi xilasedici vasitələrdən istifadə və üzgüçülüyün əsasları” adlı təlimlərdə iştirak etmiş BANM-in tələbələri sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR