İran səfiri: Astara gömrük keçid məntəqəsi fasiləsiz fəaliyyət göstərəcək

İran səfiri: Astara gömrük keçid məntəqəsi fasiləsiz fəaliyyət göstərəcək
# 05 iyul 2017 16:14 (UTC +04:00)

Astara gömrük keçid məntəqəsinin 24 saatlıq rejimdə fəaliyyət göstərməsi ilə bağlı heç bir problem yoxdur. Bu, yaxın vaxtlarda reallaşacaq.

APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, Biləsuvar gömrük keçid məntəqəsinin 24 saatlıq fəaliyyət göstərməsi imkanları isə araşdırılır: “Gömrük keçid məntəqəsinin fasiləsiz rejimdə fəaliyyət göstərməsi onun iqtisadi səmərəliliyindən aslıdır. Bu baxımdan gələcəkdə Biləsuvar gömrük keçid məntəqəsindən yüklərin daşınması lazımı səviyyədə olarsa, bu keçid məntəqəsi də 24 saatlıq fasiləsiz rejimdə fəaliyyət göstərə bilər. Ancaq Astara gömrük keçid məntəqəsinin fasiləsiz rejimdə fəaliyyət göstərməsi üçün heç bir problem yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR