İranda İŞİD üzvlərinə qarşı əməliyyat zamanı 16 nəfər həbs olunub - YENİLƏNİB

İranda İŞİD üzvlərinə qarşı əməliyyat zamanı 16 nəfər həbs olunub - <span style="color: red;">YENİLƏNİB
# 27 yanvar 2018 20:57 (UTC +04:00)

İranın qərbində Sepah ilə İŞİD-in 21 nəfərlik üzvü arasında atışma baş verib. APA-nın Tehran bürosunun məlumatına görə, atışma nəticəsində İŞİD qruplaşma üzvlərindən 16 nəfər həbs edilib.

İslam İnqilabının Keşikçilər Korpusunun (Sepah) quru qoşunlarının “Nəcəf” qərargahının mətubat xidmətinin rəhbəri Məhəmməd Pakvər məlumat yayıb.

O bildirib ki, atışma bu gün günorta saatlarında baş verib, 16 terrorçu həbs edilib, bir neçə nəfər öldürülüb.

M. Pakvər bildirib ki, atışma Bamo bölgəsində baş verib. Sepahın "Nəcəf" briqadası qüvvələrindən 3 nəfər həlak olub, terrorçulardan iki nəfəri qaçmağa çalışıb, hazırda Sepah qüvvələri onları mühasirəyə alıb.

O qeyd edib ki, terrorçular ölkə daxilində və sərhəd bölgəsində terror aktları törətməyi planlaşdırıbmış.

****** 16.47

İranın qərbində İslam İnqilabının Keşikçilər Korpusunun (Sepeah) Quru Qoşunları ilə İŞİD terror qruplaşmasının üzvləri arasında atışma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İslam İnqilabının Keşikçilər Korpusunun (SEPAH) quru qoşunlarının “Nəcəf” qərargahının mətubat xidməti məlumat yayıb.

Məlumata görə, İŞİD terror qruplaşmasının 21 üzvü İran sərhəddini keçib. Sepah qoşunları onları izləyib, bu gün səhər terrorçular və SEPAH qoşunları arasında atışma baş verib.

Qeyd olunub ki, əməliyyat İran Milli Təhlükəsizlik Nazirliyinin qüvvələrinin dəstəyi ilə keçirilib. İŞİD qruplaşma üzvlərindən əksəriyyəti yaxalanıb.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR