ARDNF ötən ay valyuta hərraclarında 285 mln. dollar satıb

ARDNF ötən ay valyuta hərraclarında 285 mln. dollar satıb
# 02 fevral 2017 07:40 (UTC +04:00)

Yanvar ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan vəsaitin məbləği açıqlanıb.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, ötən ay ARDNF tərəfindən valyuta hərraclarında 285 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan Mərkəzi Bankında valyuta hərracı yanvarın 31-də keçirilib. ARDNF-nin də iştirakı ilə keçirilmiş hərracda manatın orta çəkili məzənnəsi 1,9200 səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR