Ölümlə nəticələnən qəza törədərək Azərbaycandan qaçan avtobus sürücüsünə hökm oxunub

Ölümlə nəticələnən qəza törədərək Azərbaycandan qaçan avtobus sürücüsünə hökm oxunub
# 18 iyul 2018 12:17 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Telman Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, prosesdə hökm oxunub.

Hökmə əsasən, T. Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T. Allahverdiyev 2015-ci ildə yol qəzası törətməkdə təqsirləndirilir.

Bakının Bilgəh qəsəbəsində 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi "Daewoo" markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1978-ci il təvəllüdlü Ramiz İsmayılovunidarə etdiyi VAZ 21011 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində R. İsmayılov hadisə yerində ölüb.

T. Allahverdiyev hadisəni törədəndən sonra ölkədən qaçdığı üçün beynəlxalq axtarışa verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR