Oğuzda üzərinə ağac düşən 42 yaşlı kişi ölüb

Oğuzda üzərinə ağac düşən 42 yaşlı kişi ölüb
# 24 noyabr 2016 12:07 (UTC +04:00)

Oğuzda məcburi köçkün bədbəxt hadisə nəticəsində ölüb.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Oğuz rayonu ərazisindəki meşə massivində baş verib.

1974-cü ildə Ağdam rayonunda anadan olan, hazırda Oğuz rayonunda məskunlaşan məcburi köçkün Mutalib Cəfər oğlu Məmmədovun üzərinə hələlik istintaqa məlum olmayan səbəbdən ağac düşüb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 42 yaşlı M. Məmmədov Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR