Somali piratları Pakistana məxsus gəmini ələ keçiriblər

Somali piratları Pakistana məxsus gəmini ələ keçiriblər
# 05 aprel 2017 21:00 (UTC +04:00)

Somali piratları Pakistana məxsus “Salama” gəmisini ələ keçiriblər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ekipajın sayı barədə məlumat dəqiqləşdirilir.

“Salama” bir neçə sutka ərzində Somali piratları tərəfindən ələ keçirilən sayca ikinci gəmidir. Bundan əvvəl silahlılar Hindistan bayrağı altında üzən, göyərtəsində 11 ekipaj üzvü olan gəmini ələ keçiriblər.

Geo TV telekanalının məlumatına görə, Pakistan gəmisi Somalinin Əl-Xur şəhərinə gətirilib. İlkin məlumata görə, Hindistana məxsus gəmi də Hobyo limanı yaxınılığında yerləşən Əl-Xurdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR