Samux sakini bıçaqlanıb

Samux sakini bıçaqlanıb
# 01 yanvar 2017 19:41 (UTC +04:00)


Samux rayon sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Aşağı Ağasıbəyli kənd sakini, 1991-ci il təvəllüdlü Rahil Rəfi oğlu İmanov qarının ön divarının daxilə keçən kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

R. İmanovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələki məlum deyil. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR