Qazaxda heroin satıcısı saxlanılıb

Qazaxda heroin satıcısı saxlanılıb
# 08 mart 2019 21:51 (UTC +04:00)

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

ONA-nın xəbəbrinə gərə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Salman Lələyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman 14 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı S. Lələyev narkotik maddəni Qazax rayonuna satmaq üçün gətirdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR