Mərkəzi Bank: Qeyri-neft sektorunda iqtisadi aktivlik yüksəlib

Mərkəzi Bank: Qeyri-neft sektorunda iqtisadi aktivlik yüksəlib
# 24 may 2018 16:38 (UTC +04:00)

Bu ilin I rübündə Mərkəzi Bank (AMB) tərəfindən real sektorun monitorinqi üzrə sorğu aparılıb.

"APA-Economics" AMB-nin 2018-ci ilin yanvar-mart ayları üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, sorğunun nəticələri cari ildə də ötən ilin ilk rübü ilə müqayisədə qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəldiyini göstərir.

Monitorinqin nəticələrinə görə istehsal sahələrinin əksəriyyətində, o cümlədən kimya sənayesi, toxuculuq, maşınqayırma sənayelərində iqtisadi aktivlik göstəriciləri yaxşılaşıb.

Sorğuda əhatə olunan bütün xidmət (rabitə, poçt, nəqliyyat, otel, tibb, turizm) və ticarət (elektrik məişət avadanlıqları, avtomobil, mebel, təsərrüfat malları) sektorları üzrə də aktivlik göstəricilərində pozitiv dinamika müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR