Tərlan Əhmədov “Neftçi”nin baş məşqçisi postundan çıxarılıb

Tərlan Əhmədov “Neftçi”nin baş məşqçisi postundan çıxarılıb
# 31 may 2018 12:29 (UTC +04:00)

“Neftçi” baş məşqçi Tərlan Əhmədovla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, klub bu barədə məlumatı rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, müqavilə müddəti bu gün başa çatan mütəxəssislə yeni sözləşməyə ehtiyac duyulmayıb. Belə ki, paytaxt təmsilçisi Müşahidə Şurasının və təsisçilərin qərarı ilə Əhmədovla sağollaşıb.

Qeyd edək ki, “Neftçi”yə ötən mövsümün əvvəllərində keçən Tərlan Əhmədovun rəhbərliyi altında “ağ-qaralar” mövsümü 3-cü pillədə başa vuraraq, Avropa Liqasına vəsiqə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR