AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
# 18 noyabr 2016 14:20 (UTC +04:00)

Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin, AMEA-nın Təbiət Tarixi Muzeyinin, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun strukturunun və işçilərinin, Hüquq və İnsan Haqları İnstitutunun yeni Nizamnaməsi, strukturu və işçilərinin say tərkibləri təsdiq olunub.

İclasda Tarix İnstitutu və Şərqşünaslıq İnstitutlarında Beynəlxalq əlaqələr şöbələrinin, habelə Şərqşünaslıq İnstitutunda İctimaiyyətlə əlaqələr və təhsil şöbələrinin yaradılması haqda qərar qəbul edilib.

Müvafiq qərarla AMEA Rəyasət Heyəti aparatının birinci xüsusi şöbəsinin rəisi Cabbar Bəylərov və Tarix İnstitutunun elmi katibi Gövhər Məmmədova vəzifələrindən azad ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR