Qobustanda 82 yaşlı qadını maşın vuraraq öldürüb

Qobustanda 82 yaşlı qadını maşın vuraraq öldürüb
# 26 oktyabr 2017 10:52 (UTC +04:00)

Qobustan rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, oktyabrın 25-də saat 18 radələrində Qobustan şəhərinin ərazisində rayon sakini Rza Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi, 82 yaşlı Minə Soltanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Qobustan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR