Qubada maşın dərəyə aşıb

Qubada maşın dərəyə aşıb
# 15 oktyabr 2016 08:05 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün səhər saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qusar yolunun Qırmızı Qəsəbədən keçən hissəsində qeydə alınıb.

“İnfiniti” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan bir nəfər Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR